DİN sosial şəbəkələrdə yayılan məlumatla bağlı MƏLUMAT YAYDI
Daxili İşlər Nazirliyi (DİN) Vəfa Nağının paylaşdığı statusda ictimailəşdirdiyi məsələ ilə bağlı açlıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən "report"a daxil olan məlumatda deyilir:
"Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşaraq bildirib ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür".
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov baş verənlərə münasibət bildirib: "Vəfa Nağı özü də yaxşı bilir ki, polisin fəaliyyətsizliyi ilə bağlı iddiaları yalandır və qərəzdən irəli gəlir.
O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.
Etiketlər
Oxşar xəbərlər
"Alov Qüllələri"ndə toy keçirilib? - DİN-dən AÇIQL...
Son Xeberler
DİN Mətanət İsgəndərlinin nəvəsinin döyülməsi ilə...
Son Xeberler
Sosial şəbəkələrdə yayılan video ilə bağlı -
Son Xeberler
Tərtər və Tovuzdan əhali çıxarılır?
Son Xeberler
DİN-dən sosial şəbəkələrdə yayılan işgəncə şəkillə...
Son Xeberler
"Rəmiş öldü, sizə nə var?" -
Şou Xəbər