DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ AÇIQLAMA YAYIB
2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam etmiş, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilmiş, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilmişdir. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.
Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır.
Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur. Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.
Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir.
Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik.
Oxşar xəbərlər
Dövlət Təhlükəsizlik Xidmətindən Orduya dəstək -
Son Xeberler
Nazirlər Kabineti qərarında dəyişiklik etdi -
Son Xeberler
Ermənistanın keçmiş naziri MTX-nin təcridxanasında...
Son Xeberler
SON DƏQİQƏ!Prezident İlham Əliyevin sədrliyi ilə
Son Xeberler
Ermənistan qərargah rəisini də istefaya göndərdi
Son Xeberler
Trampın müşaviri istefa verdi
Son Xeberler