Ermənistan uşaqları döyüşə cəlb edir - VİDEO
Ermənistan ordusunda əsgər və zabit çatışmazlığı problemi pik həddə çatıb. Azərbaycan Silahlı Qüvvələri qarşısında məğlub duruma düşən erməni ordusu xeyli sayda itki verib, yüzlərlə hərbçi isə silah-sursatını ataraq qaçıb. Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi qoca və qadınlarla yanaşı, uşaqları da döyüşlərə cəlb etməyə başlayıb.
Düşmən tərəfində azyaşlı və yeniyetmələrin məcburi şəkildə müharibədə iştirakına dair videogörüntü yayılıb.
Təqdim etdiyimiz kadrlardan göründüyü kimi, 12-13 yaşlı yeniyetmə erməni Azərbaycana qarşı döyüşdə iştirak edir. Ermənistan rəhbərliyi bununla beynəlxalq qanunları, BMT-nin, UNİCEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı tələblərini aşkar şəkildə pozur.
Xatırladaq ki, uşaqların ordu və digər silahlı dəstələr sırasında xidmətə cəlb olunması beynəlxalq hüquqa əsasən hərbi cinayət hesab olunur. Bu, İrəvanın hərbi əməliyyatlara uşaqları cəlb etməsi ilə bağlı ilk fakt deyil. Bu cür hadisələr birinci Qarabağ müharibəsi zamanı da qeydə alınıb.
Oxşar xəbərlər
Ermənistan indi də orduya məhkumları toplayır
Son Xeberler
Ermənistan mülki şəxsləri döyüşlərə cəlb edir -
Son Xeberler
Ermənistanda döyüşə getməyənlərin uşaqları girov s...
Son Xeberler
Uşaqlar döyüşə, separatçılar isə bağçaya gedir -
Son Xeberler
Ermənistan məhkumları döyüşə göndərir
Son Xeberler
Düşmən daha 36 hərbçisinin məhv edildiyini açıqlad...
Son Xeberler