🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənistana daha bir ZƏRBƏ: Bu aylarda gözlənilir

04.01.2021 13:46 336 baxış sayı 2 dəq. oxuma
Ermənistana daha bir ZƏRBƏ: Bu aylarda gözlənilir

Ermənistanı qida böhranı gözləyir.

Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. O, qida böhranının 2021-ci ilin yazında ortaya çıxacağını bildirib.

Baqratyan qida böhranına Qarabağ müharibəsi nəticəsində əkin sahələrinin əldən çıxmasının səbəb olacağını deyib:

“Mart, aprel, mayda aclıq baş verə bilər. Hələlik yaxşı heç nə görmürəm. Məsələ odur ki, bizim ciddi ərazi itkilərimiz oldu. Biz minlərlə hektar əkin sahəsini itirdik. Azərbaycana verilən hər yeni əraziyə görə biz kənd təsərrüfatı potensialımızı itiririk”.

Qeyd edək ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətrafındakı əraziləri istismar edir, orda həm də buğda əkirdi. Ərazilərimizin azad edilməsindən sonra xüsusilə Füzuli, Ağdam, Cəbrayıl rayonlarında olan əkin sahələrini Baqratyan həyasızcasına “ərazilərin verilməsi” kimi ifadə edir və bu, bir daha təsdiqləyir ki, erməni xalqı işğal altında saxladığı rayonlarımızın hamısını artıq “Ermənistan ərazisi” sayırmış.

Çox güman ki, ermənilərin işğal altında olan keçmiş DQMV-i və ətrafındakı rayonları təkcə dağıtması və təbii sərvətlərini mənimsəməsi deyil, həmçinin o torpaqları istismar etməsi də beynəlxalq məhkəmənin predmeti olacaq və buna görə Ermənistan təzminat ödəməyə məcbur ediləcək.

Paylaş: