Ermənistanda yüksək vəzifəli şəxs işdən çıxarılır - Bir ay əvvəl təyin olunmuşdu
Qarabağda aparılan döyüşlərdə Azərbaycana məğlub olan Ermənistan rəhbərliyi ölkənin güc struklarının idarəolunmasında da çətin vəziyyətə düşüb.
Milli Təhlükəsizlik Xidmətinin direktoru postunu icra edən Mikael Hambartsumyan vəzifəsindən azad olunacaq. Bu barədə “aysor.am” portalına Ermənistan Prezidentinin köməkçisi Asmik Petrosyan məlumat verib. O bildirib ki, bununla bağlı baş nazir Nikol Paşinyan Prezidentə təklif edib.
“Fərman hələ imzalanmayıb”, - deyə Petrosyan bildirib.
Qeyd edək ki, M. Hambartsumyan cari il 8 oktyabr tarixində Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, son zamanlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan, həmçinin Ədliyyə Nazirinin müavini Vahe Danielyan tutduqları vəzifədən azad olunublar.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Son Xeberler
Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıld...
Son Xeberler
Qondarma rejimin "nazir"ləri Xankəndidən
Son Xeberler
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı -
Son Xeberler
SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxs vəfat etdi...
Son Xeberler
Azərbaycanda daha bir yüksək vəzifəli məmur korona...
Son Xeberler