Son Xeberler
9 abunə
“Hər şey plan üzrə gedir” - İLHAM ƏLİYEV
07.10.2020 15:47
363 baxış sayı
3 dəq. oxuma
"Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".
Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində məlumat verib.
Dövlət başçısı, həmçinin Ermənistan tərəfinin Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalini atəşə tutduğunu bildirərək deyib:
“Bizim bir çox şəhərlərimiz, kəndlərimiz atəş altındadır. Bu günədək bizim mülki şəxslər arasında 30-a yaxın itkilərimiz, şəhidlərimiz var. Ermənistan silahlı qüvvələri bizim şəhərlərimizi, kəndlərimizi atəşə tutur və minə yaxın ev ya dağıdılıb, ya da böyük ziyan görüb. Lakin hər şey plan üzrə gedir və ümid edirəm ki, qarşıda duran vəzifələr icra olunacaqdır”.
Oxşar xəbərlər
ŞAD XƏBƏR:
Son Xeberler
719
04/08 11:45
Bakıda parklanma ilə bağlı tarif siyasəti hazırlan...
Son Xeberler
330
25/11 09:30
“McDonald's” İsveçdə bərbərxana açdı
Son Xeberler
517
13/12 15:46
“Planetimiz istənilən an “partlaya” bilər”
Son Xeberler
568
04/08 14:03
“Vətəndaşların Ağdama qayıtmağına köməklik göstəri...
Son Xeberler
384
20/11 08:18
"Peyvəndin gətirilməsi ilə bağlı müzakirələr gedir...
Son Xeberler
512
15/08 07:37