
Son Xeberler
9 abunə
İsmayıllıda dəhşətli cinayətin təfərrüatı: Sevgi münasibətində olduğu qızla...
24.12.2020 07:56
820 baxış sayı
3 dəq. oxuma

Dekabrın 20-də İsmayıllı rayonunda 18 yaşlı Fərid Musayevin həmyaşıdı tərəfindən öldürülməsi ilə bağlı detallar məlum olub.
F.Musayev sevgi münasibətində olduğu qızın Səxavət Məsimli ilə də telefonda danışdığını eşidib.
İlkin məlumata görə, F. Musayev Sumqayıt şəhərində yaşayan S.Məsimliyə zəng edərək həmin qızla niyə danışdığını soruşub və bunu ona irad kimi bildirib. Səxavət qızla danışmadığını deyəndə Fərid onu söyüb. Bundan sonra gənclər söhbəti aydınlaşdırmaq üçün İsmayıllı rayonunda parkda görüşüblər. Səxavət görüş üçün Sumqayıtdan İsmayıllıya gəlib. Dekabrın 20-də saat 17 radələrində görüş baş tutub, iki saata yaxın söhbət ediblər. Yekunda Səxavət Məsimli qızla heç vaxt danışmadığını bildirib və telefonla danışarkən söydüyü söyüşə görə Fəridin üzr istəməsini tələb edib.
Fərid Musayev isə üzr istəməyəcəyini bildirib. S.Məsimli istintaqa ifadəsində deyib ki, Fərid ondan üzr istəmədiyi üçün üzərində gətirdiyi bıçaqla onu vuraraq qətlə yetirib.
S.Məsimli barəsində məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda Şəki istintaq təcridxanasında saxlanılır.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İsmayıllıda hotel yandı
Bugun.az
66
16/06 08:25
İsmayıllıda zəlzələ olub
Azəri Xəbər
20
01/11 14:56

İsmayıllıda bir ailənin 3 üzvü koronavirusa yoluxd...
Son Xeberler
797
11/06 10:01

Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayə...
Cinayət Xəbərləri
200
03/11 19:51

Bakıda gənc qadının intiharının TƏFƏRRÜATLARI məlu...
Son Xeberler
934
24/01 15:49

Bakıda gəlinini doğrayan qayınata haqqında GÖRÜN N...
Son Xeberler
1,355
04/02 16:20


