İtaliya-Azərbaycan Universitetinin binası tikiləcək
“İtaliyaya dövlət səfərim çərçivəsində eyni zamanda təhsil sahəsində əməkdaşlıq müzakirə olundu. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlmişik. Bakıya qayıdandan sonra bu məsələ ilə bağlı müvafiq göstərişlər mənim tərəfimdən verilib”.
Bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Hesab edirəm ki, yaxın gələcəkdə universitet üçün bina da inşa ediləcək. Mən bu məsələni diqqətimdə saxlayıram. Mənə müntəzəm olaraq bu məsələ ilə bağlı məlumatlar verilir. Onu da bildirməliyəm ki, mənə verilən məlumat əsasında orada bir neçə fakültə fəaliyyət göstərəcək.
O siyahıya baxanda gördüm ki, orada memarlıq fakültəsi yoxdur və təklif etdim ki, bu əlavə olunsun. Çünki İtaliya memarlığı ümumbəşəri dəyərdir”, - Prezident əlavə edib.
Oxşar xəbərlər
Romada “İtaliya Müharibəni Rədd Edir” Şüarı ilə Yü...
KIBRIT MEDIA
İtaliya Belçikaya qalib gələ bilmədi, Fransa isə İ...
Bugun.az
“Paşinyan, bəs Şuşada parlament binası tikirdin, n...
Son Xeberler
Sabiq rektor vəfat etdi
Son Xeberler
İtaliya Qran-prisi ləğv olundu
İdman Xəbər
Ceyhun Bayramov Rosato ilə görüşdü
Son Xeberler