Lənkəranda şəhid dəfnində baş verən hadisələrlə bağlı - AÇIQLAMA
Lənkəran Şəhər İcra Hakimiyyəti döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Lənkəran rayonunun Osakücə kənd sakini Fərəcov Əflatun Mircahangir oğlunun şəhidlik statusu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
Açıqlamada deyilir:
"Bəzi sosial şəbəkə istifadəçilərinin paylaşdıqları məlumatların heç biri həqiqəti əks etdirmir. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan şəhər İcra hakimiyyətini bu statusu verməməkdə ittiham etmək tamamilə əsassızdır. İkincisi işğal olunmuş torpaqların azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən döyuş tapşırıqını yerinə yetirərkən şəhid olmuş Əflatün Fərəcovun dəfn mərasimi şəhər İcra hakimiyyətinin rəhbərliyi, şəxsən İcra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan iddialara görə, şəhid Əflatun Fərəcovun əvvəlcə avtomobil qəzasında həlak olması kimi qeydə alınıb, sakinlərin narazılığından sonra isə şəhid olaraq aktlaşdırılıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə video görüntülər də yayılıb.
Oxşar xəbərlər
Lənkəranda baş verən kütləvi davada
melumat.tv
Lənkəranda iki avtomobil toqquşdu, xəsarət alan va...
Son Xeberler
Ramiz Rövşənin şəhid ailəsinə ev hədiyyə etmə xəbə...
Son Xeberler
Lənkəranda yürüşlə bağlı saxta məlumat yayanlar sa...
Son Xeberler
Lənkəranda yaşayan gənclər üçün Ödənişsiz mühasiba...
Edumap.az Təhsil Portalı
ABŞ Suriyada Baş Verən Hadisələrə Münasibət Bildir...
Son Xeberler