🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Nazirlər Kabinetindən yeni qərar - SON DƏQİQƏ

20.06.2020 15:48 620 baxış sayı 8 dəq. oxuma
Nazirlər Kabinetindən yeni qərar -

Nazirlər Kabineti “Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası”nı təsdiq edib.

Bu qayda təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkili məsələlərini tənzimləyir.

Yeni qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir. Mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir. Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçirilir.

Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili müqavilə əsasında Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri tərəfindən “həyəcan” siqnalizasiyası sistemi vasitəsilə həyata keçirilir. Obyektlərin mühafizəsi mühafizə hissələri tərəfindən “həyəcan” siqnalizasiya sistemi vasitəsilə obyektlərə, orada çalışan pedaqoji və texniki heyətə, təhsilalanlara, habelə mühafizə xidmətinin əməkdaşlarına edilə biləcək hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə polis naryadının çağırılması üçün həyata keçirilir.“Həyəcan” siqnalizasiya sistemi aşağıdakı tərkib hissələrindən ibarətdir:

- məlumatvermə sistemləri;

- nəzarət-qəbuledici cihazı;

- radioötürücüyə qoşulan “həyəcan” siqnalizasiyası şleyfi.

“Həyəcan” siqnalizasiya şleyfi aşağıdakı tərkib hissələrindən ibarətdir:

- əyləc;

- düymə;

- açar;

- brelok.

Qeyd olunan “həyəcan” siqnalizasiya sisteminin tərkib hissələri obyektlərdə Baş Mühafizə İdarəsi tərəfindən müəyyən edilən tələblərə uyğun müvafiq yerlərdə, o cümlədən istehsalçının təyin etdiyi qaydada quraşdırılır. Şleyfə qoşulan əyləc elə quraşdırılmalıdır ki, ayaq və ya dizlə kənar şəxslər tərəfindən hiss olunmadan işə salınması mümkün olsun. Şleyfə qoşulan hissələr işə salınarkən hər hansı bir səs verməməli və yaxud bu səs eşidilməz dərəcədə olmalıdır. Şleyfə qoşulan hissələr görünməməli, maksimum gizli şəkildə quraşdırılmalıdır. Obyektlərin “həyəcan” siqnalizasiya sistemlərinin köməyi ilə müşahidə olunması üçün “həyəcan” siqnalizasiya şleyfi birbaşa siqnalizasiya sistemlərinin son qurğusu (telefon kanalı, radiokanal qurğuları və s.) vasitəsilə Mərkəzi Mühafizə Məntəqəsinə qoşulur və daimi enerji ilə təmin olunması üçün əlavə qida mənbəyi (UPS) quraşdırılır. Mərkəzi Mühafizə Məntəqəsi fəaliyyət göstərməyən inzibati ərazi bölgüsündə olan obyektlərdə quraşdırılmış “həyəcan” siqnalizasiya sisteminin çıxışı xüsusi rabitə vasitələri ilə yaxınlıqda olan polis postunda quraşdırılmış nəzarət-qəbuledici cihazının ayrıca zonasına qoşulur.

Obyektlərdə quraşdırılmış “həyəcan” siqnalizasiya sistemlərindən istifadə üçün müəssisənin rəhbəri tərəfindən müvafiq əmrlə müəssisə əməkdaşları sırasından aidiyyəti məsul şəxs (şəxslər) təyin edilir. “Həyəcan” siqnalizasiya sistemi üzrə məsul şəxsin (şəxslərin) vəzifələri aşağıdakılardır:

- obyektdə baş verə biləcək hər hansı hüquqazidd qəsdlərin qarşısının alınması məqsədilə “həyəcan” siqnalizasiyasının işə salınması;

- “həyəcan” siqnalizasiya sisteminin obyektdə quraşdırılmış mexanizmlərinin qorunub saxlanılması;

- sistemin yerləşdiyi yer barədə məlumatın qorunub saxlanılması;

- sistemin vəziyyəti barədə müəssisə rəhbərinin mütəmadi məlumatlandırılması.

Məsul şəxs (şəxslər) sistemin zərurət olmadan işə salınmasına görə məsuliyyət daşıyır. Polis naryadı “həyəcan” düyməsinin köməyi ilə müşahidə olunan obyektlərdən “həyəcan” siqnalı barədə məlumat aldıqda, hadisə yerinə gizlin yaxınlaşmalı, qanun pozucusu aşkar olunduqda özünün, obyektdə olan işçilərin və vətəndaşların təhlükəsizliyini təmin etməklə, onun zərərsizləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərəkət etməlidir.

Özəl və bələdiyyə ümumi təhsil müəssisələri mühafizə xidmətinin təşkili ilə əlaqədar göstərilən bütün mühafizə xidməti növlərindən istifadə edə bilər. Özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin mühafizəsi qanunvericiliyə uyğun təşkil edilməklə özləri tərəfindən, habelə müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri və ya özəl mühafizə müəssisələri tərəfindən “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Paylaş: