🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Novruz bayramından sonra dərslər ənənəvi qaydada bərpa edilə bilər - AÇIQLAMA

28.01.2021 14:10 355 baxış sayı 5 dəq. oxuma
Novruz bayramından sonra dərslər ənənəvi qaydada bərpa edilə bilər -

Xəbər verdiyimiz kimi Azərbaycanın ümumtəhsil müəssisələrində fevralın 1-dən etibarən tədris prosesinin bərpa olunacaq.

Məlumata görə, fevralın 1-dən ibtidai siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə, fevralın 15-dən sonra isə V və IX siniflərin şagirdləri məktəbə gedəcək.

Bəs ənənəvi təhsil formasında bütün pillələr üzrə dərslər nə vaxt başlaya bilər?

Bu barədə Metbuat.az-a özəl açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda yoluxma sayında azalmalar var. Bu da bizi ümidləndiririk Novruz bayramından sonra aprel ayında təhsil bütün formalarında əyani şəkildə bərpa mümkün ola bilər.

“Ölkəmizdə hazırda vaksinasiya prosesi həyata keçirilir.Bu da virusun söndüyünə əsas verir. Düşünürəm ki, dərslərin ənənəvi formada apreldə başlaması daha məqsədəuyğun ola bilər”.

Avropada tüğyan edən Britaniya ştammının, və ÜST-ün koronavirusun üçüncü dalğası ilə bağlı xəbərdarlığı ənənəvi təhsilin başlanmasına maneə ola bilərmi?

“Ola bilər ki, Azərbaycana virusun yeni forması gəlsin. Amma hər halda vaksin bu məsələlərin həllində köməkçi olacaqdır. Düşünmürəm ki, üçüncü dalğaya görə təhsilin ənənəvi formada keçirilməsi gecikdirilsin.

Yaxşı olar ki, biz ənənəvi təhsilin bütün pillələr üzrə bərpa edək.Yoxsa itirən Azərbaycan təhsili, cəmiyyəti olacaqdır. Çünki ölkədə distant təhsil səviyyəsi heç də ürəkaçan vəziyyətdə deyil”.

Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Qafarov Metbuat.az-a bildirdi ki, yoluxma sayında yenidən ciddi artım olmazsa dərslərin martın 1-ə qədər tamamilə ənənəvi şəkildə bərpa edilə bilər.

 

“Qeyd edim ki, dərslərin mart aprel ayları ərzində bərpa olunmaq məsələsi fevralayı ərzində 2 həftəlik müddətdə yoluxmanın dinamikasından asılı olacaqdır”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu mövzuya aid açıqlamasında bildirdi ki, dərslərin mart-aprel aylarında başlaması ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

 

”İndidən heç nə demək olmaz. Bütün hallarda indiki anda heç bir əsası yoxdur. Heç kim deyə bilməz ki, təhsil ocaqları nə vaxtdan açılır. Ənənəvi təhsilin başlama vaxtı pandemik vəziyyətdən, pandemiya şəraitindən asılıdır.

Bu qərarı da Operativ Qərargah verir və verilən qərar da sonradan mətbuat vasitəsilə yayılır. İnsanlar sosial şəbəkələrdə müzakirələr aparırlar. Kiminsə arzusu olur, yazır”, - deyə Cəsarət Valehov bildirib.

Paylaş: