“Paşinyan ya özü gedəcək, ya da...” - Manukyan
“Nikol Paşinyanın gedişi qaçılmazdır. Məsələ ondan ibarətdir ki, o, getməzdən əvvəl dövlətə və xalqa nə qədər ziyan vura biləcək”.
Bu sözləri bir neçə telekanala müsahibəsində Ermənistan Baş naziri postuna namizəd Vazgen Manukyan deyib.
Manukyanın sözlərinə görə, onun hökuməti şəffaf seçkiləri təmin edəcək, xalq kimi və necə seçəcəyini özü qərar verəcək:
“Müvəqqəti hökumət bir il ərzində işləyəcək, çünki növbədənkənar seçkinin keçirilməsi sadəcə absurddur. Ölkədə təcili məsələlərin, psixoloji təzyiqlərin olduğu bir şəraitdə buna partiyaların mübarizəsi əlavə olunacaq ki, bu da Ermənistanı məhv edə bilər”.
Manukyan hesab edir ki, yaxın 2-3 ildə regionu kəskin dəyişikliklər gözləyir. İctimaiyyət ölkənin gələcəyi ilə bağlı müzakirələrə başlamalıdır.
“Biz Paşinyandan aşağıdakı hallarda xilas ola bilərik: ya o özü gedəcək, mən bunu kiçik ehtimal hesab edirəm, amma istisna etmirəm. İkincisi, ictimaiyyət onun istefasının zəruriliyi ətrafında o qədər sıx birləşib ki, o, bunu özü dərk etmir, amma onun partiya üzvləri bunu başa düşür və onu impiçment vasitəsilə kənarlaşdıra bilərlər”, - deyə Manukyan əlavə edib.
Oxşar xəbərlər
Paşinyan cəbhədəki məğlubiyyətini etiraf etdi
Son Xeberler
Paşinyan azsaylı tərəfdarlarının qarşısına çıxdı
Son Xeberler
Zohrabyandan şok sözlər - “
Son Xeberler
Paşinyan müxalifəti danışıqlar masasına çağırdı
Son Xeberler
Paşinyan təlaş içində öz xalqına müraciət etdi
Son Xeberler
Paşinyan yenə Putinə zəng etdi: 1 saat ərzində 2 d...
Son Xeberler