31.01.2021 20:43
6
abunə
308
Paşinyanı ələ saldılar - Ermənistanda növbəti siyasi qalmaqal

Gov.am saytında Ermənistan baş nazirinin köməkçiləri siyahısında Qaqik İsaxanyan adlı bir nəfərin də adı var, tərcümeyi-halında göstərilir ki, o, stomatoloqdur. Təyinat 21 yanvar 2021 ildə olub.

Bunları "Qraparak.am." nəşri yazıb.

"Cənab İsaxanyanın baş nazirin aparatında hansı fəaliyyətlə məşğul olacağı aydın deyil. Bu təyinat artıq sosial şəbəkələrdə "zarafat" üçün bir bəhanə olub, insanlar növbəti dəfə proktoloq seçməyi təklif edirlər. Digərləri isə Paşinyanın, hakimiyyətin klan sisteminə dair bəyanatlarını xatırladırlar", - deyə nəşr vurğulayıb.

Qaqik İsxanyanın tərcümeyi-halından görünür ki, o, 16 aprel 1989-cu ildə İcevanda anadan olub. 2005-2011-ci illərdə Yerevanın "Aybusak" universitetində stomatoloq ixtisası üzrə təhsil alıb. 2020-ci ilədək isə "Vardges Dövlatbekyan" müəssisəsində həkim-stomatoloq vəzifəsində çalışıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine