Prezident: Ermənistana xaricdən muzdlular, pullu əsgərlər göndərilir
"Ermənistana xaricdən yardım edilir, oraya muzdlular, pullu əsgərlər göndərilir".
Bunu Prezident İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib.
1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik".
Oxşar xəbərlər
“Azərbaycan kiçik dövlətdir, muzdlular olsaydı, ha...
Son Xeberler
Xaricdən sifariş olunan mallar niyə gecikir? -
Son Xeberler
Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq...
Son Xeberler
“Gənc əsgərlər cəbhəyə yox, təlim mərkəzlərinə apa...
Son Xeberler
Bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət ed...
Bugun.az
Qətər Ermənistana Uçuşları Dayandırdı
Son Xeberler