Xaricdən sifariş olunan mallar niyə gecikir? - RƏSMİ AÇIQLAMA

10.02.2021 12:35 548 baxış sayı 2 dəq. oxuma
Xaricdən sifariş olunan mallar niyə gecikir? -

Xaricdən sifariş edilən malların gecikdirilməsində əsas problem çeşidləmə ilə bağlıdır. Daşıyıcı şirkətlər tərəfindən malların hamısı bir bağlamada göndərilir. Gömrük əməkdaşları elektronikanı, geyimi və digərlərini çeşidləməyə məcbur olur. Bu isə 1-2 gün çəkir.

Bunu Dövlət Gömrük Komitəsinin Layihələrin İdarəolunması şöbəsinin inspektoru Tuncay Əlibəyli deyib.

O bildirib ki, bir bağlamada təxminən 1500 məhsul olur. Bura bir neçə şəxsin məhsulları daxildir.

“Gömrük əməkdaşları risk hallarını aşkarlamaq üçün eyniləşdirmə etməyə məcburdur. Ona görə biz tövsiyə edirik ki, məhsulları çeşidləyib göndərsinlər. Çeşidləmə olarsa 2-3 saat ərzində gömrük əməkdaşı müəyyən edəcək ki, vətəndaş bəyannamə verib, malın qiyməti doğrudur və s”.

Qeyd edək ki, son vaxtlar xaricdən sifariş olunan məhsulların çatdırılmasında gecikmələr müşahidə edilir.(Azvision)

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: