Qaxa istirahətə gedən doqquz nəfər cərimələndi - VİDEO
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən reyd zamanı istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.
Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qaxa gəldikləri məlum olub. Şənbə və bazar günləri ərzində ümumilikdə doqquz nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.
Etiketlər
Oxşar xəbərlər
Qusara istirahətə gedənlər cəzalandırıldı
Son Xeberler
Qəbələyə istirahətə gedənlər
Son Xeberler
Qaradağda nişan mərasimi etmək istəyən 16 nəfər cə...
Son Xeberler
İzmirdəki zəlzələyə görə saxlanılanlar var
Son Xeberler
"Gedib gizli dincəlirlər, utanmadan da paylaşırlar...
Şou Xəbər
Karantin rejimini pozub İsmayıllıya istirahətə get...
Son Xeberler