Qəbələyə istirahətə gedənlər CƏRİMƏLƏNDİ
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində, istirahət mərkəzlərinə gedən yollarda avtomobillər yoxlanış məqsədilə polislər tərəfindən saxlanılıb. Yoxlama zamanı bəzi şəxslərin iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək ailəsi ilə birgə istirahətə gəldiyi məlum olub. Bəzilərinin isə qeyri-qanuni yollarla bayramqabağı rayona üz tutduqları müəyyən edilib. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və bu tədbirlərin vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi izah olunub.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qusara istirahətə gedənlər cəzalandırıldı
Son Xeberler
"Gedib gizli dincəlirlər, utanmadan da paylaşırlar...
Şou Xəbər
Karantin rejimini pozub İsmayıllıya istirahətə get...
Son Xeberler
Qəbələyə istirahətə getmək baha başa gəldi -
Son Xeberler
Operativ qərargah bu komandalara məşqlərə başlamağ...
İdman Xəbər
COP29-a Hazırlıq: Bakıda Nəqliyyatda Dəyişikliklər
Bugun.az