Qusara istirahətə gedənlər cəzalandırıldı
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlar keçirdiyi tədbirlərlə xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədi ilə gələnlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələniblər.
Qayda pozan şəxslər arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailəsi ilə birlikdə istirahətə gələnlər də olub.
Bu istiqamətdə tədbirlər Qusar RPŞ-nin əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.
Oxşar xəbərlər
"Gedib gizli dincəlirlər, utanmadan da paylaşırlar...
Şou Xəbər
Qəbələyə istirahətə gedənlər
Son Xeberler
Karantin rejimini pozub İsmayıllıya istirahətə get...
Son Xeberler
Meyxanaçı Vüqarın vida mərasiminə gedənlər cəzalan...
Son Xeberler
COP29-a Hazırlıq: Bakıda Nəqliyyatda Dəyişikliklər
Bugun.az
İslamiadanın azərbaycanlı qalibi cəzalandırıldı
İdman Xəbər