🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ramin Bayramlı vaksinin əlavə təsirlərini AÇIQLADI - VİDEO

18.01.2021 19:16 617 baxış sayı 4 dəq. oxuma
Ramin Bayramlı vaksinin əlavə təsirlərini AÇIQLADI -

''Azərbaycana gətirlən koronavirus vaksinləri tam təhlükəsizdir. Bunu Türkiyədə keçirilən lobaratoriya sınaqlarının nəticəsinə əsasən demək olar''.

 
Sfera.az xəbər verir ki, TƏBİB-in rəhbəri Ramin Bayramlı ''Xəzər Xəbər''ə müsahibəsində bildirib ki, bütün vaksinlərdə olduğu kimi bu vaksinin də əlavə təsirləri ola bilər. Amma buna görə təşvişə düşməyə ehtiyyac yoxdur. TƏBİB-in sədri koronavirusun mutasiyaya uğramış ştamının azərbaycanda aşkarlanacağı təqdirdə əlavə tədbirlərin görüləcəyini bildirib.
 
''Azərbaycanda istifadə edilən vaksindən artıq Türkiyədə bir milyondan çox həkimə vurulub və hər hansı əlavə təsir müşahidə edilməyib''.
 
Onun sözlərinə görə, ölkəmizdə gətirilən hər bir partiya vaksin labaratoriya sınaqlarından sonra qəbul edilir. TƏBİB sədri vaksinin əlavə təsirlərinin nələr ola biləcəyini də açıqlayıb.
 
Ramin Bayramlı sözlərinə görə, hər bir şəxs vaksindən sonra 30 dəqiqə müşahidə altında saxlanılır, üstəlik əks təsirlər barədə onlara verilən məlumat kitabçasından istifadə etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilər.
 
Bütün dünyanı yenidən təşvişə salan koronavirusun mutasiyaya məruz qalmış növünə hələ ölkəmizdə rast gəlinməsə də TƏBİB sədrinin sözlərinə görə, artıq sözügedən vaksin bu virus üzərində də təsirlidir.
 
Ramin Bayramlının sözlərinə görə ölkəyə gələn bütün şəxslərin COVID-19 testindən keçməsi, mutant ştamların ölkəyə girişinin qarşısını əhəmiyyətli dərəcədə alsa da, belə bir hal aşkarlansa əlavə tədbirlər görüləcək və bu barədə ictimaiyyət məlumatlandırılacaq. Onun sözlərinə görə, hazırda digər vaksin istehsalçıları ilə də danışıqlar aparılır və ehtiyac olarsa digər növ vaksinlərində ölkəyə gətirilməsi mümkün olacaq. Bununla belə TƏBİB-in sədri vətəndaşları xüsusi ilə sosial şəbəkələrdə bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb.
 
Ramin Bayramlı səhiyyə işçilərinin bu vaksinasiyanı tunelin ucunda görünən işığ kimi qiymətləndirdiyini bildirib və cəmiyyəti də bu çağırışlara cavab verməyə səsləyib
Paylaş: