🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Röya Ayxanın vaksin vurdurmasına Nazirlikdən REAKSİYA: “Tədbir görülməlidir”

04.02.2021 13:49 448 baxış sayı 3 dəq. oxuma
Röya Ayxanın vaksin vurdurmasına Nazirlikdən REAKSİYA:

Son günlər sosial şəbəkədə tibb işçisi və risk qrupuna daxil olmayan şəxslərə koronavirusa qarşı peyvənd vurulması ilə bağlı məlumatlar paylaşılır.

Belə ki, xalq artisti Röya Ayxan şəxsi “Instagram” səhifəsində könüllü olaraq peyvənd olunduğunu bildirib.

Belə faktlar haqlı olaraq cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Paytaxt üzrə vaksinasiya prosesinə Səhiyyə Nazirliyi nəzarət etdiyi üçün mövzu ilə əlaqədar quruma sorğu ünvanladıq.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdilər ki, bu məsələdə məsuliyyət həmin klinikaların öz üzərinə düşür:

“Belə ki, özəl klinikalar müəssisələrində çalışan tibb işçilərinin sayını təqdim etməklə müvafiq sayda peyvənd alırlar. Lakin alınan peyvəndlərin tibb işçilərinə və ya digər şəxslərə vurulub-vurulmaması ilə bağlı məsuliyyət Səhiyyə Nazirliyinə deyil, birbaşa həmin klinikaların üzərinə düşür.

Vaksinasiya prosesi müvafiq qaydalara əsasən mərhələli şəkildə aparılmalıdır. Artıq o peyvəndlərin növbədən kənar şəkildə istifadəsi müşahidə olunursa bununla bağlı müvafiq qurumlar araşdırma aparmalı və nəticələrə 

 uyğun şəkildə tədbir görməlidir”.


Paylaş: