
Son Xeberler
9 abunə
Sarkisyandan Qasparyanın istefaya göndərilməsi tələbinə münasibət
26.02.2021 05:27
607 baxış sayı
3 dəq. oxuma

"Prezident Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefası təklifini növbəti kadr dəyişikliyi hesab etmir”.
Bu haqda Ermənistanın prezident administrasiyasının yaydığı bəyanatda deyilir.
Bildirilir ki, Konstitusiyaya əsasən prezidentin Baş nazirin qərargah rəisini istefaya göndərmək təklifi ilə bağlı mövqeyini bildirməsi üçün üç gün vaxtı var:
"Dövlət orqanlarının normal fəaliyyətinin təmin edilməsi zərurəti nəzərə alınaraq, prezidentin vəzifəli şəxslərin təyin və ya vəzifədən azad edilməsinə dair hər hansı bir əsas etirazı olmayıb. Bununla belə, mövcud böhran şəraitində Silahlı Qüvvələrin Baş Qərargah rəisinin istefaya göndərilməsi növbəti kadr dəyişikliyi hesab oluna bilməz. Konstitusiyaya əsasən, Silahlı Qüvvələr ölkənin müdafiə, təhlükəsizlik və ərazi bütövlüyünü, sərhədlərin toxunulmazılığını təmin edir”.
Administrasiyadan bildirilib ki, hazırkı vəziyyətdə kimsə prezidentin siyasi proseslərə qarışmasına çalışmamalıdır:
"Prezidentə təzyiq göstərmək cəhdləri yolverilməzdir. Prezident hər hansı tərəfi tutmur. Yalnız dövlətin və xalqın maraqlarını müdafiə edir”.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib. Onun bu qərarı Armen Sarkisyan tərəfindən təsdiqlənərsə, Qasparyan vəzifədən kənarlaşdırılacaq.
K
İnsan hüquqları müxbiri
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu hallarda SMS-məlumatın göndərilməsi tələb olunm...
Son Xeberler
587
19/06 13:36

Ermənistan qərargah rəisini də istefaya göndərdi
Son Xeberler
631
27/10 17:43

Peskovdan Putinin Qarabağla bağlı müraciətinə müna...
Son Xeberler
547
18/11 13:30

Prezident sülhməramlılarla bağlı sualı cavabladı
Son Xeberler
527
14/10 11:12

Paşinyanın daha bir sələfi onu istefaya çağırdı
Son Xeberler
522
16/12 05:52

Ermənistan Gürcüstandan kömək istəyib
Son Xeberler
662
11/06 07:41


