Sosial yardımın təyinatı şərtləri yumşaldılır - RƏSMİ
Prezident İlham Əliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.
Dövlət başçısının sosial sahə ilə bağlı əsas tapşırıqlarından biri ünvanlı dövlət sosial yardımı proqramının icra mexanizminin sadələşdirilməsi, bu yardımın təyin olunması meyarlarının yumşaldılması və aztəminatlı ailələrin proqrama əlçatanlığının artırılması, ümumilikdə bu proqramın genişləndirilməsidir. Bununla bağlı müvafiq işlər aparılıb, son aylarda əlavə olaraq 15 minədək ailə bu proqramdan faydalanmağa başlayıb və indi 85 minə yaxın ailə (350 mindən çox şəxs) bu yardımı alır. Hər ailəyə orta hesabla ayda 225 manat verilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Metbuat.az-a verilən məlumata görə, yeni təsdiqlənən Qanun isə ünvanlı sosial yardımın təyinatı meyarlarının yumşaldılmasında, aztəminatlı ailələrin proqrama əlçatanlığının artırılmasında, proqramın daha da genişləndirilməsində mühüm addımlar atılmasına imkan verir.
Əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə genişləndirilib.
Belə ki, bu sıraya birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edən, 23 yaşınadək əyani təhsil alan əmək qabiliyyətli ailə üzvləri də aid edilib. Habelə ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq. Bu dəyişiklik barədə məlumat verilməsi üçün müddət də artıq 5 iş günündən 15 iş gününə qədər uzadılıb.
Yeni Qanuna uyğun olaraq, hazırlanmış Qaydanın layihəsində ünvanlı sosial yardım hüququna baxılan zaman ailənin götürdüyü kreditin gəlir kimi nəzərə alınmaması və yardım təyinatına mane olmaması əksini tapır. Sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizdən çox olmamalıdır, lakin həmin nisbətin 15 faizə çatdırılması nəzərdə tutulub.
Həmçinin yeni Qaydanın layihəsində ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayının əhəmiyyətli dərəcədə azaldılması, ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. kimi yeniliklər var.
Oxşar xəbərlər
Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəy...
Son Xeberler
“ASAN Xidmət”də yeni kadr təyinatı
Son Xeberler
190 manata qarpız alan qardaşlar peşman olub -
Son Xeberler
Azərbaycanda qadınların pensiya yaşı artır
Son Xeberler
ŞAD XƏBƏR! Ünvanlı sosial yardımın məbləği artacaq...
Son Xeberler
Həbib Nurməhəmmədovun növbəti döyüşünün şərtləri
İdman Xəbər