🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik

07.11.2020 12:15 528 baxış sayı 3 dəq. oxuma
Ünvanlı sosial yardımın verilməsi qaydalarında dəyişiklik

“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, layihədə əsasən texniki dəyişikliklər və “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 125-VIQD nömrəli Qanununa uyğunlaşdırılmalar öz əksini tapıb.

Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.

Dəyişikliyə qədər bu müddət 2 il müəyyən edilib.

Sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməsi üçün 15 (on beş) iş günü müddəti müəyyən edilib.

Bu məlumatlar düzgün verilmədiyi aşkar olunduqda həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

Qərarda edilən əsas dəyişikliklər:

- Ailənin adambaşına düşən kommunal xidmətlərə görə limitinin 10 faizdən 15 faizə artırılması;

- Ailənin orta aylıq gəlirinin hesablanmasında kreditin nəzərə alınmaması;

- Elektron qaydada əldə olunması mümkün olmayan məlumatlar barədə aidiyyəti qurumların arayışlarının nəzərə alınması imkanının yaradılması.

Paylaş: