06.10.2020 09:55
6
abunə
461
Susqunluqlarını günlər sonra pozdular

Rusiyada məşhur olan azərbaycanlı əkizlər- Rauf və Faiq Mirzəyevlər rəsmi instagram səhifəsində Qarabağla bağlı paylaşım edib.

 Azərbaycan bayrağı üzərində “Qarabağ bizimdir” fotosunu paylaşan əkizlər şərh yerinə nöqtə durğu işarəsindən istifadə ediblər və sözügedən “cover”i profil şəkli qoyublar.

İki məşhur sima daha sonra hesabın hekayə bölümündə bu günədək susqunluqlarının səbəbini də açıqlayıblar:

“Biz susurduq. Ancaq digər ictimai fiqurlar yalan danışmaq və böhtan atmaqla məşğuldurlar. Hədlərini aşırlar. Biz susa bilmərik, bura bizim Vətənimizdir. Əgər bu torpaqlar olmasaydı, biz olmazdıq! Biz susurduq və heç nə yazmırdıq. O vaxta qədər ki, qarşı tərəf yalan danışmağa başladı. Azərbaycan, doğmalarımız, biz sizinləyik!”

 



Daxil olun


x
This website is using cookies. More info. That's Fine