
Torpaq yoldakı quyuları doldurub rayona qaçanları polis belə tutdu - VİDEO

Axşam saatlarından rayonlara üz tutanların sayı çox olduğundan qurulan polis postlarında sıxlıq yaşanıb.
Həmin sıxlıqda qalan sürücülərin bəziləri qoyulan məhdudiyyətlərə baxmayaraq, torpaq yola üz tutub.
Torpaq yolda müvafiq qurumlar tərəfindən qabaqlayıcı tədbir olaraq qazılan quyular sürücü və sərnişinlər tərəfindən doldurulub. Lakin onlar torpaq yolla magistral yolun birləşməsində polis əməkdaşları tərəfindən saxlanılıb.
Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti şöbəsi rəisi polis polkovniki Sadin Əsgərov APA-nın hadisə yerində olan müxbirinə bildirib ki, gün ərzində postda karantin rejimi qaydalarını pozan torpaq yollardan istifadə edən 200-ə yaxın sürücü cərimələnib.
Qeyd edək ki, paytaxtdan çıxaraq rayonlara doğru hərəkətdə olan Bakı, Sumqayıt və Abşeron sakinləri geri qaytarılıb və onlar məsuliyyətə cəlb olunub.
Təxminən 8 saat postda sıxlıq yaranıb.
Oxşar xəbərlər

Rayona getmək istəyənlərin nəzərinə -
Son Xeberler

Bakıdan rayonlara getmək istəyən üçün VACİB
Son Xeberler

Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq...
melumat.tv

Postlardan keçə bilmək üçün icazə kağızı kifayət e...
Son Xeberler

Vilayət Eyvazov bu rayona yeni rəis
Son Xeberler

"Torpaqlar monopoliya üçün işğaldan azad edilməyib...
Xəbər Anı