Türkiyədə peyvəndlənənlərin sayı 6,5 milyonu keçib

20.02.2021 07:58 527 baxış sayı 1 dəq. oxuma
Türkiyədə peyvəndlənənlərin sayı 6,5 milyonu keçib

Türkiyədə koronavirusa qarşı peyvəndlənənlərin sayı 6,5 milyon nəfəri keçib.

Ölkədə vaksinasiya prosesi yanvarın 14-dən başlayıb. Bu günədək 5,49 milyon nəfərə vaksinin birinci dozası, 1,17 milyon nəfərə isə hər iki dozası vurulub.

Hazırda Türkiyədə 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi davam edir. Daha sonra prosesin ikinci mərhələsi başlayacaq.

İkinci mərhələnin əvvəlində əsgər, polis və riskli sahələrdə çalışanlar peyvəndlənəcək.

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: