
Xərçəngə səbəb olan qidalar - HƏR GÜN YEYİRİK, AMMA...

Gündəlik həyatımızda istifadə etdiyimiz bəzi qidaların əslində nə qədər zərərli olduğunu bilmirik.
Elm adamları bəzi qidaların xərçəngə səbəb olduğunu ortaya çıxarıb.
Mikrodalğalı sobada partladılmış qarğıdalı

Digərlərinə nisbətən sağlam çərəz olan partlamış qarğıdalı dənələri mikrodalğalı sobada hazırlanarkən sağlamlığa zərər verir. Çünki mikrodalğalı soba torbalarının tərkibində perfluorooktanoik turşusu var və bu maddə böyrək, qaraciyər, mədəaltı vəzi və testis xərçənginə səbəb ola bilər.
Konservativ qidalar

Bu qidalarla bağlı problem depolama məkanlarından qaynaqlanır. Bütün alüminium qutularda “bisfenol-A” örtüyü var. Pomidor və turşuluğu yüksək olan qidaların belə örtüklü qablarda saxlanması təhlükəlidir.
Çips

Çipslərdə kəskin miqdarda yağ və sodiumla yanaşı, vücudun tanımadığı süni dadlar, qoruyucu maddələr var. Yüksək temperaturda qızardıldığına görə akrilamidə zəmin yaradır.
Hisə verilmiş, yarımfabrikat ət

Ümumi olaraq, hər gün qırmızı ət qəbulu xərçəng riskini 22% artırır. Buraya kolbasa və sosiska da daxildir.
Trans yağlar

Bu yağların ömrü uzundur, amma xərçəngə yol açan hüceyrələrə kömək edir.
Ağ un

Yarımfabrikat olduğu üçün təhlükəlidir. Dəyirmanlar unu kimyəvi xlor qazı ilə ağardır.
Geni dəyişdirilmiş bitkilər

Laboratoriyada daha sağlam və uzunömürlü qalması üçün dizayn edilir. ABŞ-da, demək olar ki, bütün taxıl məhsullarında bu iş həyata keçirilir.
Spirtli içki

Ağız, qida borusu, qaraciyər, döş kimi xərçəng növlərinə səbəb olur.
Duza qoyulmuş qidalar

Duz və sirkənin kombinasiyası ilə sərtləşən qidalar insan sağlamlığına ziyandır.
İsti içkilər

Son zamanlarda aparılan araşdırmalar daimi olaraq çox isti içki qəbul etməyin qida borusuna zərər verə biləcəyi və boğaz xərçənginə səbəb olacağını ortaya qoyur. Elm adamları bu dərəcəni 65 olaraq açıqlayıb.
Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Mehman Hüseynov xərçəngə qalib gəldi -
Son Xeberler

Bu qidalar infarkt riskini artırır -
Son Xeberler

Xərçəngə yoluxan azərbaycanlı jurnalist tanınmaz h...
Şou Xəbər

60 yaşdan sonra bu qidalardan uzaq durun
Tibbi məlumatlar

Balıqla qatığı eyni anda yemək zəhərlənməyə səbəb...
Tibbi məlumatlar

Bu ərzaqlarda gizli şəkər var - Həkimdən xəbərdarl...
Bugun.az
                                        

