🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Yaralanan kimi müavinimə dedim ki, gəl döyüşü idarə elə” - VİDEO

23.11.2020 09:13 362 baxış sayı 2 dəq. oxuma
“Yaralanan kimi müavinimə dedim ki, gəl döyüşü idarə elə” -

Fəxrəddin Ağayev Füzulidən Qubadlıya kimi düşmənin ilk müdafiə səddini yaran qəhrəman döyüşçülərimizdəndir. 32 yaşlı kapitan 44 günlük müharibədə əməliyyat imkanları konsepsiyası taborunun qərargah rəisi kimi döyüşlərdə iştirak edib. 

Qubadlı uğrunda gedən döyüşlərdə yaralanan qəhrəmanımız sağ ayağından qəlpə yarası alıb: “Arxa tərəfə mərmi düşdü, hiss elədim ki, ayağım keyidi. Baxdım ki, dizimin alt hissəsi yaşdır, iylədim gördüm ki, qandır. Sanitarı çağırdım, tez gəlib qanı dayandırdılar. Rabitə ilə əlaqə saxlayıb müavinimə dedim ki, gəl döyüşü idarə elə, ancaq irəli getmək lazımdır”, - F. Ağayev deyir.

Ağayevlər ailəsinin ortancıl oğlu Bəxtiyar da könüllü ön cəbhəyə yollanıb, hazırda Ağdamdadır.

“İctimai TV”nin qəhrəman zabitimizin evindən hazırladığı reportajı təqdim edir:

 

Paylaş: