
Çin İnsanabənzər Robotların Kütləvi İstehsalına Hazırdır!

Çin, süni intellekt və robototexnika sahəsində yatırımlarını sürətlə davam etdirir. Ölkədə fəaliyyət göstərən robototexnika şirkətləri insanabənzər robotların istehsalında çox mühüm bir həddə çatıblar. Unitree Robotics, AgiBot, Galbot, Engine AI və Leju Robotics kimi şirkətlər 2025-ci ilə qədər insanabənzər robotların kütləvi istehsalına rəsmi olaraq başlamağı planlaşdırırlar.
Çinin bu addımı, xarici asılılığı azaltmaq istiqamətindəki texnologiya siyasətinin bir hissəsi kimi dəyərləndirilir. Hesabata görə, bu hərəkət ilə Çinin illik insanabənzər robot istehsal dəyəri təxminən 616 milyon dollar olacaq. Çin şirkətlərinin istehsala sürətli keçidə hazırlaşması qlobal rəqabət baxımından da əhəmiyyətli bir inkişaf kimi qiymətləndirilir. Çünki ABŞ istehsalçılarının bir çox əsas hissələrdə hələ də Çin təchizatçılarına bağlı olduğu bildirilir.
Lakin kütləvi istehsala keçiddəki bu qətiyyətli irəliləyiş texniki çətinliklərin tamamilə aradan qaldırıldığını göstərmir. Ötən həftə Pekində keçirilən 21.1 kilometrlik yarı marafon yarışına insanabənzər robotlar da qatıldı. Lakin 20 robotdan yalnız 6-sı yarışa başa çatdıra bildi. Bu, effektivlik, hərəkətlilik və enerji idarəçiliyi kimi sahələrdə hələ də ciddi mühəndislik problemlərinin olduğunu göstərir.
İnsanabənzər robotlar üzrə Çinin istehsal irəliləyişi ölkənin qlobal rəqabətdəki mövqeyini daha da gücləndirəcək. Bu məsələ ilə bağlı fikirləriniz nələrdir? İnsanabənzər robot texnologiyasındakı inkişafları yaxından izləyirsinizmi?
Oxşar xəbərlər

BYD İnsanabənzər Robotlar Üzrə İşə Başlayır
Texnologiya xəbərləri

İnsanabənzər robot Ai-Da tərəfindən çəkilmiş şəkil...
Texnologiya xəbərləri

İnsanabənzər Robot Unitree G1 Təqdim Olundu!
Texnologiya xəbərləri

TSMC 1.4 nm istehsal prosesini elan etdi!
Texnologiya xəbərləri

Tesla Model Y Juniper: Polis Maşını Kimi Olacaq?
Texnologiya xəbərləri

Paşinyan: Ermənistan Azərbaycanla Sülh Müqaviləsin...
Bugun.az