
"Deloitte": Azərbaycanda şirkətlərin yarıdan çoxu gəlir artımı gözləyir, amma riskli qərarlardan çəkinir

Azərbaycanda biznes mühiti sabit olaraq qalır, lakin sahibkarlar arasında ehtiyatlı nikbinlik hökm sürür. "Deloitte" şirkətinin "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışındakı "Biznes etimadı Sorğusu"nun nəticələri bunu göstərir. 2024-cü ilin nəticələrinə görə, sahibkarlar gəlir artımı ilə bağlı ehtiyatlı, lakin nikbin gözləntilərə malikdir. Respondentlərin 52,5 %-i növbəti 12 ayda gəlirin qismən artacağını, 10 %-i isə əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır. Yəni, şirkətlərin yarıdan çoxu gəlir artımı gözləntisindədir. Digər tərəfdən, sorğuda iştirak edənlərin 25 %-i gəlirlərin dəyişməyəcəyini, 12,5 %-i isə azalacağını bildirib.
Bu nikbinliyə baxmayaraq, xərclərin artması ilə bağlı ciddi narahatlıqlar var. Sorğuda iştirak edən şirkətlərin 47,5 %-i əməliyyat xərclərinin qismən artacağını gözləyir. Əməliyyat mənfəəti ilə bağlı gözləntilər isə pisləşib. Əməliyyat mənfəətinin qismən azalacağını düşünən şirkətlərin sayı əvvəlki illə müqayisədə artaraq, 47,5 %-ə yüksəlib; ötən il bu rəqəm 37 % olub. Bu, bizneslərin gəlirlilik baxımından daha ehtiyatlı davranmağa başladığını göstərir. Əmək xərcləri də artım tendensiyasındadır. Respondentlərin 60 %-i əmək haqlarının qismən artacağını gözləyirlər. Şirkətlərin 55 %-i isə kapital dəyərinin qismən artacağını proqnozlaşdırır. Mənfəətin dəyişməyəcəyini proqnozlaşdıran şirkətlərin payı 32,5 %, qismən artım gözləyənlərin payı isə 20 %-dir.
Bizneslər ehtiyatlı yanaşmanı siyasi və iqtisadi mühitlə bağlı qeyri-müəyyənliklə əsaslandırırlar. Bu qeyri-müəyyənlik orta səviyyədə (62,5 %) qiymətləndirilib. Respondentlərin böyük hissəsi, yəni 65 %-i 2024-cü ilin riskli qərarların qəbul olunması üçün uyğun vaxt olmadığını bildiriblər. Əsas risk amilləri sırasında inflyasiya, maliyyələşmə çətinlikləri və tələbin azalması öndə gəlir. Şirkətlərin 70 %-i maliyyələşmə problemlərinin orta və ya yüksək təsirə malik olduğunu qeyd edib. Təchizat zəncirindəki pozulmalar da ciddi təsir göstərir; 27,5 % bu pozulmaların onlara ciddi təsir etdiyini bildirib. Nəticələr göstərir ki, Azərbaycanda biznes sabitdir, amma şirkətlər mənfəət marjasına təsir edə biləcək risklər və xərclərin yüksəlməsi səbəbindən narahatlıq hiss edirlər.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Deloitte": "Azərbaycanda biznes mühitində sektor...
Azəri Xəbər

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Be...
Bugun.az

Üç bürcü çətin sınaq gözləyir - "Qara zolaq" başla...
Bugun.az

Azərbaycan şirkətlərinin yaxın 5 ildə inkişafını p...
Azəri Xəbər

Xbox Qiymətləri Bahalaşdı!
Texnologiya xəbərləri

Baş Nazirdən Qərar
Son Xeberler