
Qripə yoluxma halları artıb - Vətəndaşlara çağırış

Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.
Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə qarşıdan gələn Qurban bayramı və istirahət günlərində, xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verib:
Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən (tibbi maskalardan) istifadə edin;
Əl gigiyenasına ciddi riayət edin;
Gündəlik qidalanmada vitaminlərlə zəngin ərzaqlara üstünlük verin;
Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın.
Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafındakıları xəstəliklərdən qorumağa çağırır.
Oxşar xəbərlər

Virusa yoluxan gənclərin sayı artıb
Son Xeberler

Almaniyada koronavrusa yoluxanların sayı 186 mini...
Son Xeberler

Bu ölkədə koronavirusun ikinci dalğası başlayır
Son Xeberler

Moskvada yoluxma halları bir ayda iki dəfə azaldı
Son Xeberler

Ən çox hansı rayonda koronavirus xəstəsi var — STA...
Son Xeberler

"Qızılcaya yoluxma halları əhəmiyyətli şəkildə aza...
Bugun.az