
Bakıda şok anlar: Maşının baqajın açan polislər şok mənzərə ilə rastlaşdı VİDEO

Xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda video çəkilib.
Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi “Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olub və yoxlama məqsədilə postda saxlanılıb.
Xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar. Belə ki, avtobusun salonu boş olub. Lakin onun baqaj hissəsində gizlədilmiş yeddi nəfər aşkar edilib.
İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək, barəsində birinci dəfə inzibati cərimə, ikinci dəfə isə inzibati həbs olunub.
Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq üçüncü dəfə də eyni inzibati xətanı törədiblər.
Oxşar xəbərlər

Afətin "Gelandewagen"ini soydular
Şou Xəbər

Netflix yeni "Anlar" xüsusiyyətini təqdim etdi!
Texnologiya xəbərləri

Ana uşağı ilə birlikdə özünü maşının altına atdı -...
Son Xeberler

Bakıda “pampers” geyindirilən quzu ilə gəzən gəncl...
Son Xeberler

Bakıda avtobusda iki qadın əlbəyaxa oldu -VİDEO
Son Xeberler

Bakıda polis qaçan şəxsə atəş açdı – Film kimi had...
Son Xeberler