BƏƏ-də yaşayan azərbaycanlılar qələbəni qeyd etdi
Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad olunması və 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dubay şəhərində yaşayan soydaşlarımız Şuşanın erməni işğalından azad olunmasını yüksək coşğu ilə qeyd edib, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan ordumuza dərin minnətdarlıqlarını ifadə ediblər.
BƏƏ-nin paytaxtı Abu-Dabi şəhərində də oxşar tədbir keçirilib. Nuranə Hüseynova və Şəbnəm Əmirovanın təşəbbüsü ilə Abu-Dabi də yaşayan soydaşlarımız Azərbaycanın şanlı qələbəsini qeyd ediblər. Tədbirdə Azərbaycanın milli musiqiləri, xalq mahnıları səsləndirilib. 12 yaşlı Ceyla Hüseynovanın “Sarı Gəlin” xalq mahnısının sədaları altında etdiyi rəqs maraqla qarşılanıb.
Münəvvər İskəndərova, Ziba Kalbiyeva, Aysel Məmmədova və “Karabakh is Azerbaijan!” Milli Platformasının BƏƏ üzrə koordinatorlarından biri Sabrin Azimin təşəbbüsü ilə Dubay şəhərində daha bir tədbir baş tutub. Tədbirdə Dubayda yaşayan və fəaliyyət göstərən məşhur türk müğənnisi Edin Arslantürkün maraqlı ifaları da səsləndirilib.
Soydaşlarımızın təşkilatlanması və Azərbaycan tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə belə görüşlərin tez-tez keçirilməsi qərara alınıb.
Oxşar xəbərlər
Xaricdə yaşayan azərbaycanlılardan Ordumuza dəstək
Son Xeberler
Voronejdə yaşayan soydaşlarımızdan dəstək
Son Xeberler
Niderlanddakı azərbaycanlılar ordumuza dəstək aksi...
Son Xeberler
Barselonada Azərbaycan Evi açıldı -
Son Xeberler
“Gürcü arzusu” qələbəni qeyd edir:
Son Xeberler
Azərbaycan əsilli döyüşçü UFC-də qalib gəldi -
İdman Xəbər