DMX Azərbaycandakı əcnəbilərə müraciət edib
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Müraciətdə ölkədə olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli, 488 nömrəli Qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlərə uyğun olaraq aşağıdakıları nəzərə almaları xahiş edilir:
Əcnəbilərin miqrasiya xidmətlərindən istifadə etmək üçün evdən çıxmamaları, elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az).
Qəbul şöbələrinə yaxınlaşmaqla müvafiq sənədləri təqdim etmək istəyən şəxslər yaşadığı ərazilərdə “ASAN xidmət” mərkəzlərinə, olmadığı təqdirdə regional miqrasiya idarələrinə müraciət edə bilərlər.
Bakı, Gəncə, Quba, Şəki, Lənkəran, Şirvan, Mingəçevir, Yevlax şəhərləri istisna olmaqla, digər şəhər və rayonların ərazisində yaşayan əcnəbilər tərəfindən müvəqqəti və daimi yaşama, həmçinin iş icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).
Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması, eləcə də, bununla bağlı kursların keçirilməsi təxirə salınır. Kurs ilə əlaqədar material əldə etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-a qədər (012) 566-37-74 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Həmçinin qeyd olunan tarixlərdə olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilər bunun üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər. Bu zaman müvafiq olaraq 1 (2) rəqəminin ardınca ölkədə olma və yaşama statusuna uyğun OYQ (olduğu yer üzrə qeydiyyat), MOM (müvəqqəti olma müddəti), MYI (müvəqqəti yaşama icazəsi) və ya DYI (daimi yaşama icazəsi) abreviaturasından sonra müvafiq sənədin nömrəsini qeyd etməklə 8103 nömrəsinə SMS-məlumat göndərilir. Abreviaturalar mütləq ingilis şriftləri ilə yazılmalıdır. Göstərilən linkdə video təlimat vasitəsilə proses izahlı formada təqdim olunur (https://www.youtube.com/watch?v=Jx-9NZK3xV4).
Əcnəbilərin hərəkət zamanı şəxsiyyətlərini təsdiq edən sənədlərinin üzərilərində olması məcburidir.
Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər yuxarıda qeyd olunan sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən “müraciətlərin izlənilməsi” elektron xidmətindən (https://eservice.migration.gov.az/public/application-track) istifadə edə bilərlər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir. Əcnəbilər bununla bağlı videotəlimatla buradan tanış ola bilərlər.
Ölkədə müvəqqəti və daimi yaşama icazələri ilə yaşayan əcnəbilərin həmin icazələrin etibarlılıq müddəti bitmədən “ASAN xidmət” mərkəzləri və regional miqrasiya idarələri vasitəsilə və ya elektron qaydada bu müddətin uzadılması üçün müraciət etmələri zəruridir.
Əlavə olaraq qeyd edirik ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə, Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə sorğu göndərə bilərsiniz. Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzi sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan müddətdə fasiləsiz xidmət göstərməkdə davam edəcəkdir.
Oxşar xəbərlər
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib
Son Xeberler
Nazirlər kabineti bu qərarda dəyişiklik etdi -
Son Xeberler
Böyük Britaniyanın viza mərkəzi fəaliyyətini bərpa...
Son Xeberler
Türkiyənin Azərbaycandakı səfirliyindən
Son Xeberler
DMX əcnəbilərə müraciət etdi
Son Xeberler
Ukraynaya səfər etməyə hazırlaşanların nəzərinə!
Son Xeberler