Səbinə Əliyeva Almaniya səfirini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Volfqanq Maniqi qəbul edib.
Qonağı salamlayan Müvəkkil Ombudsman institutunun çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, rəhbərlik etdiyi qurumun ölkə Konstitusiyasına, milli qanunvericiliyə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, təbliği və bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. Ombudsman pandemiya dövründə əhalinin həssas qrupları xüsusi ilə də əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsi ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət ünvanladığını qeyd edib. S.Əliyeva fəaliyyət dövründə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.
Müvəkkil 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərini hədəf alan raket hücumları nəticəsində dağıdılan ərazilərdə fakataraşdırıcı missiyalar həyata keçirdiyini və əldə olunan dəlil və sübutlar əsasında xüsusi hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini bildirib. Müharibə dövründə insan hüquqları pozuntuları ilə bağlı bu günədək 7 xüsusi hesabat hazırlandığını qeyd edən S.Əliyeva müharibə dövründə Ermənistan tərəfindən əsir götürülən hərbçilərimizin və 2014-ci ildən Ermənistanın girovluqda saxladığı soydaşlarımızın azad olmalarından sonra işgəncə və pis rəftar hallarını araşdırmaq məqsədilə onlarla görüşdüyünü və əldə etdiyi məlumatlar əsasında 8-ci hesabatın hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini bildirib.
Səfir V.Maniq öz növbəsində səmimi qəbula və təsisatın fəaliyyəti, görülən işlərlə bağlı müfəssəl məlumata görə Müvəkkilə öz təşəkkürünü bildirib. İnsan hüquqlarının səmərəli müdafiəsi, qanunun aliliyinin təbliği sahəsində Ombudsman təsisatı ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən səfir Ombudsman təsisatının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa verdiyi diqqəti yüksək qiymətləndirərək bununla bağlı dəstəyini ifadə edib.
Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilə...
Son Xeberler
İlber Ortaylı Ombudsmanla Görüşdü
Bugun.az
Ombudsman Aparatında İlber Ortaylı ilə Görüş: Tari...
Bugun.az
Səbinə Əliyevadan fəaliyyətini dondurması xəbərlər...
Son Xeberler
Bakıda bu xəstəxanaya qəbul dayandırıldı - RƏSMİ
Bugun.az
Prezident Niderlandın yeni səfirini qəbul etdi -
Son Xeberler