Son Xeberler
9 abunə
"Ürəyim az qalır ki, partlasın"- Şahbaz Quliyevin bacısı
14.12.2020 17:52
945 baxış sayı
2 dəq. oxuma
"Sevincimin həddi yoxdur. Prezidentimizə dərin təşəkkür edirəm. İllər sonra qardaşımıza qovuşacağıq".
Bunu girovluqdan azad olunan Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşının vətənə dönməsindən danışarkən deyib.
"Ürəyim az qalır ki, partlasın. Bizim üçün bu xəbər gözlənilməz idi. Ordumuza, prezidentimizə qurban olum. Allah onların ömrünü uzun etsin. Göz yaşlarımı saxlaya bilmirəm. Qardaş həsrəti ilə çırpınıram".
Qeyd edək ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.
Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. (Azvizion)
Oxşar xəbərlər
“Mənim ürəyim yanır, yanvardan bəri pul üzü görmür...
Şou Xəbər
569
30/06 08:35
Mətanət İsgəndərli oğlunu evdən qovdu:
Şou Xəbər
1,774
22/09 14:11
“Mənim ürəyim Şuşa” təqdim olundu -
Son Xeberler
386
07/11 06:35
Trend-in baş redaktorunun vəziyyəti ağır olaraq qa...
Son Xeberler
291
29/12 10:17
Məşhur aktyor koronavirusa yoluxdu
Şou Xəbər
464
22/06 11:55
Metro bağlı olacaq
Son Xeberler
341
16/01 06:51